...

BMT Azərbaycanda qızların səlahiyyətləndirilməsinə dair videoçarx hazırlayıb (VİDEO)

Cəmiyyət Materials 7 Mart 2020 10:35 (UTC +04:00)
BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə qızların səlahiyyətləndirilməsi mövzusuna həsr edilmiş videoçarx hazırlayıb.
BMT Azərbaycanda qızların səlahiyyətləndirilməsinə dair videoçarx hazırlayıb (VİDEO)

Bakı. İlhamə İsabalayeva - Trend:

BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə qızların səlahiyyətləndirilməsi mövzusuna həsr edilmiş videoçarx hazırlayıb.

Nümayəndəlikdən bildirilib ki, videoçarx qız uşaqlarının təhsil vasitəsilə səlahiyyətləndirilməsində ataların rolundan bəhs edir və təhsilin qızların müqəddəratının təyin olunmasındakı əvəzsiz rolunu vurğulayır.

Videoçarx Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondunun həyata keçirdiyi “Oğlan uşaqlarına verilən üstünlüyün qarşısının alınması və qızların dəyərinin təşviq edilməsi üzrə Qlobal Proqram” çərçivəsində hazırlanıb.

Qeyd edək ki, BMT-nin Əhali Fondu valideynləri, xüsusilə ataları qız övladlarının təhsilə yönləndirilməsində fəal mövqe tutmağa çağırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti