...

Naxçıvanda dərslər təxirə salındı

Cəmiyyət Materials 8 Mart 2020 15:11 (UTC +04:00)
Ölkənin hər yerində olduğu kimi Naxçıvan Muxtar Respublikasında da dərslər martın 27-dək təxirə salınıb
Naxçıvanda dərslər təxirə salındı

Bakı. Trend:

Ölkənin hər yerində olduğu kimi Naxçıvan Muxtar Respublikasında da dərslər martın 27-dək təxirə salınıb.

Trend-in məlumatına görə, bu barədə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 10-dan 20-dək (ilk tədris günü mart ayının 27-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb və bununla bağlı bütün tədbirlər təxirə salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti