...

DİN-də “qaynar xətt” xidməti yaradılıb

Cəmiyyət Materials 27 Mart 2020 19:34 (UTC +04:00)
DİN-də “qaynar xətt” xidməti yaradılıb

Bakı. Trend:

Azərbaycanda xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar Daxili İşlər Nazirliyinin (DİN) səlahiyyətlərinə aid məsələlərlə bağlı sualların cavablandırılması və problemlərin həllində köməklik məqsədilə bu gün saat 20.00-dan başlayaraq sutkalıq fəaliyyət göstərən "qaynar xətt" telefon xidməti yaradılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qeyd edilən məsələlərlə əlaqədar (012) 590 80 20 telefon nömrəsinə zəng etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti