...

Koronavirus təhlükəsinə görə Həcc ziyarəti təxirə salınmayıb

Cəmiyyət Materials 2 Aprel 2020 14:58 (UTC +04:00)
Koronavirus təhlükəsinə görə Həcc ziyarəti təxirə salınmayıb

Bakı. Elçin Mehdiyev - Trend:

Koronavirus təhlükəsinə görə Həcc ziyarətinin dayandırılması ilə bağlı hələ ki, Səudiyyə Ərəbistanı tərəfindən hər hansı bir məktub göndərilməyib.

Bu barədə Trend-ə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, Azərbaycanda karantin rejimi tətbiq olunana qədər 250-dən çox insan Həcc ziyarətinə getmək üçün müraciət etmişdi.

Hazırda isə karantin rejimi tətbiq olunduğuna və eyni zamanda rayonlardan Bakıya gəlişin məhdudlaşdırılmasına görə müraciət edənlər yoxdur.

Vurğulanıb ki, indidən Həcc ziyarətlərinin təxirə salınıb-salınmayacağı barədə bir söz demək çətindir. Proseslərin gedişinə uyğun qərar qəbul olunacaq.

Qeyd edək ki, ziyarətin qiyməti 4490 dollar olacaq. Ötən il isə bu məbləğ 4285 dollar təşkil edib. Bu, otel xidmətlərində olan qiymət artımı və viza rüsumunun tətbiq edilməsi ilə bağlıdır.

Həcc ziyarətinə sənəd qəbuluna yanvarın 27-də başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti