...

GAİM Marneulidə 250 aztəminatlı ailəyə ərzaq yardımı edib (FOTO)

Cəmiyyət Materials 10 Aprel 2020 20:32 (UTC +04:00)
GAİM Marneulidə 250 aztəminatlı ailəyə ərzaq yardımı edib (FOTO)

Bakı. Trend:

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi (GAİM) Marneulidə aztəminatlı ailələrə yardım kampaniyasına qoşulub.

GAİM-dən Trend-ə verilən məlumata görə, martın 23-dən Marneuli və Bolnisi rayonlarında qüvvədə olan ciddi karantin rejimi aztəminatlı və imkansız ailələrin sosial durumunu daha da çətinləşdirib. Buna görə də GAİM aztəminatlı ailələrə yardım kampaniyasına dəstək olub.

Mərkəz Marneulidə yaşayan 250 aztəminatlı ailə üçün ərzaq yardımı edib. Yardım bağlamaları imkansız ailələlərin ünvanlarına çatdırılması üçün Marneuli meriyasına təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti