...

COVİD-19 pandemiyası şəraitində xaricdə təhsil

Cəmiyyət Materials 21 Aprel 2020 10:00 (UTC +04:00)
COVİD-19 pandemiyası şəraitində xaricdə təhsil

Bakı. Trend:

“StudyLab” Təhsil və İnkişaf Mərkəzi hansı imkanları təqdim edir?

Koronavirus pandemiyası dünya ölkələrində ictimai həyatın bütün sahələrinə öz təsirini göstərib, dövlətləri, cəmiyyətləri yeni şəraitlə üz-üzə qoyub. Sözsüz ki, pandemiyaya görə baş verən dəyişikliklər təhsildən də yan keçməyib. Hazırda biz dünya miqyasında məktəb və universitetlərin müvəqqəti olaraq bağlandığının, təhsil proqramlarının təxirə düşdüyünün, təhsil sisteminin isə artıq onlayn sistemə keçdiyinin şahidi oluruq. Şagird və tələbələrin məktəb və universitetlərdə müəllimlərlə canlı şəkildə üz-üzə ünsiyyətindən fərqli olaraq onlayn təhsil internet üzərindən xüsusi proqramlar vasitəsilə aparılır. Hazırda universitetlər onlayn təhsil üçün xüsusi tədris proqramları hazırlayır, hətta həvəsləndirici aksiya və kampaniyalar da keçirirlər. Təhsil sahəsində çalışan şirkətlər də öz məsləhətlərini, imtahanlara hazırlıqları onlayn formada aparırlar.

Sosial izolyasiya şəraitində Azərbaycanda da təhsil sahəsində çalışan şirkətlər onlayn xidmətlər göstərir

Bu gün biz onlayn təhsilə keçidi Azərbaycanda da müşahidə edirik. Ölkəmizdə sosial izolyasiya şəraitində şagird və tələbələrin tədrisdən geri qalmaması, həmçinin fərdi inkişaf sahəsində olan təlimlərin və ümumilikdə tədrisin onlayn platformalardan aparılması üçün mühüm işlər görülür.

Bəs onlayn təhsil ənənəvi təhsili qabaqlayacamı? Təhsillə bağlı vəziyyət bundan sonra necə davam edəcək? Hazırda pandemiya nəticəsində həm daxildə, həm də xaricdə təhsillə bağlı təxirə düşmüş proqramlar və xarici universitetlərə sənəd vermiş vətəndaşların aqibəti necə olacaq? Əlbəttə ki, bu suallar hazırda xaricdə təhsil əldə etmək, fərdi inkişafa nail olmaq istəyən bütün şagirdləri, abituriyentləri, tələbələri və sözsüz ki, onların valideynlərini və yaxınlarını düşündürür. Burada bir məsələni demək yerinə düşər ki, onlayn təhsilə hazırda ehtiyyacın artması o demək deyildir ki, bu təhsil növü ənənəvi təhsil formasını artıq qabaqlayıb. Sözsüz ki, dünyanın üzləşdiyi pandemiyanın bitməsindən sonra təhsil sistemi də əvvəlki vəziyyətinə qaydıcaqdır. Azərbaycanda da təhsil sahəsində fəaliyyət göstərən ən müxtəlif qurumlar, eləcə də ölkə daxilində və xaricində insanlara müxtəlif məktəb və universitetlərdə təhsil almaq, fərdi inkişaf təlimlərindən yararlanmaq imkanlarını təqdim edən şirkətlərin də fəaliyyəti pandemiyadan əvvəlki vəziyyətə qayıdacaqdır. Müvəqqəti dayanmış xaricdə təhsil proqramları bərpa ediləcək, insanlar yenə də xarici ölkələrə səyahət edəcək, ən reytinqli universitselərdə təhsil alacaq, fərdi inkişaf sahəsində də müxtəlif kursları yenə də əldə edəcəklər. Bir sözlə vəziyyət tədricən düzələcək, tələbələr də əlbəttə ki, seçimlərinə uyğun həm onlayn, həm də ənənəvi təhsildən faydalana biləcəklər.

Hazırda ölkəmizdə daxildə və xaricdə təhsilin əldə edilməsi, eləcə də fərdi inkişafla bağlı ən müxtəlif proqramların icrası ilə məşğul olan şirkətlər vardır. Bu şirkətlər vətəndaşlara həm məsləhət xidmətləri təqdim edir, həm də təhsillə bağlı proqramlar icra edirlər. Bu sahədə geniş imkanlar tədqim edən şirkətlərdən biri də məhz “StudyLab” Təhsil və İnkişaf Mərkəzidir. Öz fəaliyyətində ixtisaslaşmış beynəlxalq proqramları, xaricdə bütün səviyyələrdə müxtəlif ixtisas istiqamətləri üzrə təhsil və təcrübəni, dil kursları, kiçik və orta miqyaslı şirkətlər üçün kouçinq və mentorluğu, yerli və xarici mütəxəssislərin iştirakı ilə beynəlxalq seminarlar və konfransların təşkilini həyata keçirən “StudyLab” peşəkar komandaya sahibdir. Şirkət həmçinin təlim və inkişaf sahəsində də ən müxtəlif xidmətlər təqdim edir. Belə ki, “StudyLab”ın təqdim etdiyi xidmətlərə idarəetmə və liderlik, strategiya və planlaşdırma, insan resursları, maliyyə və mühasibatlıq, satış və marketinq, mini MBA seriyası təlim kursları və s daxildir. Peşəkar mütəxəssislər tərəfindən aparılan bu təlim kursları dinləyiciləri ekspert bilikləri, bacarıqlarla təmin edir. Qeyd edək ki, hazırda şirkət tərəfindən xidmətlər onlayn olaraq göstərilir, çünki istənilən halda həm dil kursaları, həm imtahanlara hazırlıq və s. istiqamətlər üzrə onlayn xidmətlərin aparılması mümkündür və ölkəmizdə hazırki sosial izolyasiya şəraiti də bunu zəruri edir.

Əsas fəaliyyət istiqamətlərindən biri də xaricdə təhsildir

Sözsüz ki, təhsil sahəsində çalışan “StudyLab” şirkətinin fəaliyyətində əsas istiqamətlərdən biri də məhz xaricdə təhsildir. Şirkət tərəfindən bu istiqamətdə dünyanın müxtəlif ölkələrində (ABŞ, Kanada, Böyük Britaniya, Avropa regionu ölkələri, Türkiyə, BƏƏ və s.) universitetlərdə bakalvr, magistr, doktorantura, təcrübə proqramları və xaricdə dil kurslarının təşkili təqdim olunur.

Hazırda koronavisrus pandemiyası ilə bağlı bir sıra Avropa və Amerika ölkələrində xaricdə təhsillə bağlı müraciətlər onlayn formada aparılır. Burada Estoniya, İtaliya, Fransa, İspaniya, Niderland kimi ölkələri göstərmək olar. Məsələn, Amsterdam Universiteti (University of Amsterdam) müraciət etmək istəyən tələbələr üçün son tarixi 18 mayadək uzadıb. Həmçinin, Böyük Britaniya, Amerika, Kanada, Almaniya kimi ölkələrdə də pandemiya şəraitinə baxmayaraq müraciətlər onlayn olaraq davam edir. Eyni zamanda “IAESTE” (International Association for the Exchange of Students for Technical Experience) təşkilatı da təcrübə üçün müraciət qəbulunu davam edəcək. Təcrübələrin sentyabr ayından etibarən ən erkən və yalnız rezervasiya ilə olacağı gözlənilir. Ümumiyyətlə, dünyaca məşhur “Quacquarelli Symonds” (QS) şirkətinin keçirdiyi sorğuya əsasən, 61% insan koronavirusun xaricdə təhsil sisteminə hər hansı bir təsiri olacağını düşünmür. “StudyLab” şirkəti də xaricdə təhsil ilə bağlı maraqlanan şəxslərə bütün mümkün dəstəyi verməyə hazırdır.

“StudyLab”ın ekspertləri tələbələrin qəbulu üçün sənədlərin təqdim edilməsindən başlayaraq, vizanın alınmasına qədər bütün praktiki hazırlıq mərhələlərində onlara ən etibarlı köməkçi olurlar.

Təhsilin həyatımızın ayrılmaz hissəsi olduğunu, təhsilin hər bir insanın həyatında ömürboyu davam etdiyini nəzərə alaraq “StudyLab” şirkətinin də mütəxəssisləri hazırki pandemiya şəraitində öz xidmətlərini onlayn paltforma üzərindən səmərəli şəkildə apararaq peşəkar inkişafda maraqlı olan hər kəsə öz xidmətlərini təqdim edirlər.

Şirkətin təqdim etdiyi qabaqcıl xidmətlər barədə geniş məlumatı şirkətin rəsmi internet saytından www.studylab.az əldə etmək mümkündür. Həmçinin, bu xidmətlərdən yararlanmaq istəyən hər kəs “StudyLab”a (ünvan: Bakı şəhəri, Tbilisi pr-ti 36 A; Tel:(+99470) 630 96 26, (+99412) 530 96 26, [email protected]) müraciət edə bilər.

Emin Səfərov

“StudyLab” Təhsil və İnkişaf Mərkəzinin Xaricdə Təhsil üzrə məsləhətçisi

Məqalədə:
Xəbər lenti

Xəbər lenti