...

Muxtar Babayev: Sahilboyu bəzi ərazilərdə çirkab suları düzgün idarə edilmir

Cəmiyyət Materials 21 May 2020 17:33 (UTC +04:00)
Muxtar Babayev: Sahilboyu bəzi ərazilərdə çirkab suları düzgün idarə edilmir

Bakı. İlhamə İsabalayeva – Trend:

Təəssüflər olsun ki, sahilboyu bəzi ərazilərdə çirkab suları düzgün idarə edilmir.

Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, daha çox Hövsan, Sumqayıtda sahilyanı ərazilərdə çirklənmələr var: "Bu daha çox iaşə obyektləri tərəfindən edilir, bununla bağlı xəbərdarlıq edilir. Artıq bir müddətdir ki, nazirlik buna çox sərt mövqe nümayiş etdirir".

M.Babayev əlavə edib ki, Bakı, Sumqayıt və digər böyük şəhərlərdə iaşə obyektlərinin əksəriyyətində təmizləyici filterlər quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti