...

Gəncədə gizli fəaliyyət göstərən çörək sexi aşkarlandı

Cəmiyyət Materials 6 İyun 2020 11:31 (UTC +04:00)
Gəncədə gizli fəaliyyət göstərən çörək sexi aşkarlandı

Bakı. Trend:

Gəncə şəhərində sərtləşdirilmiş karantin rejimi qaydalarını pozaraq fəaliyyətini davam etdirən çörək sexi aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan Trend-ə verilən xəbərə görə, şəhərin Nizami rayonu ərazisində yerləşən sexin fəaliyyəti polis əməkdaşları tərəfindən dayandırılıb.

İşçilər və obyekt sahibi barəsində qanunamüvafiq tədbirlər görülüb.

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, həftəsonu qadağaları olan şəhərlər siyahısında Gəncə də var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti