Bakı. İlhamə İsabalayeva - Trend:
2019-2020-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 119 852, XI siniflərini 80 646 şagird bitirəcək.
Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, 2019-2020-ci tədris ilində respublika üzrə 3256 ümumtəhsil məktəbində fəaliyyət göstərən 5855 məktəbəhazırlıq qrupunu 107911 nəfər uşaq başa vurub.
2020-2021-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin I siniflərinə 165 511 uşağın qəbulu proqnozlaşdırılır.