...

AQTA Salyan və Sabirabadda monitorinq keçirdi (FOTO)

Cəmiyyət Materials 6 Avqust 2020 17:02 (UTC +04:00)
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisində fitosanitar vəziyyətin müəyyənləşdirilib qiymətləndirilməsi növbəti monitorinqini Salyan və Sabirabad rayonlarında keçirib.
AQTA Salyan və Sabirabadda monitorinq keçirdi (FOTO)

Trend-i buradan izləyin

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisində fitosanitar vəziyyətin müəyyənləşdirilib qiymətləndirilməsi növbəti monitorinqini Salyan və Sabirabad rayonlarında keçirib.

AQTA-dan Trend-ə verilən məlumata görə, agentliyin fitosanitar müfəttişləri bu dəfə Salyan rayonu Qaraqaşlı, Noxudlu, Seyidsadıqlı, Qızılağac, Marışlı kəndləri və Sabirabad rayonu Bulaqlı, Həşimxanlı kəndləri ərazisində qarpız sahələrində müşahidələr həyata keçiriblər.

Monitorinq zamanı hər hansı bir zərərli orqanizmə rast gəlinməyib. Əkin sahələrində nitratester vasitəsilə qarpızda nitratın qalıq miqdarı yoxlanılıb və normada olduğu müəyyən edilib. Bundan əlavə pestisid qalıqlarının yoxlanılması üçün qarpızdan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Milli Referens Laboratoriyasına göndərilib.

Təsərrüfat sahiblərinə aqrokimyəvi maddələrdən və pestisidlərdən istifadə edərkən təhlükəsizlik qaydaları və zərərli orqanizmlərə qarşı mübarizə tədbirləri ilə bağlı bir sıra tövsiyələr verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti