...

ADA Universiteti Regional Enerji Təhlükəsizliyi Simpoziumu keçirib (FOTO)

Cəmiyyət Materials 14 Avqust 2020 14:08 (UTC +04:00)
ADA Universiteti Regional Enerji Təhlükəsizliyi Simpoziumu keçirib (FOTO)

Bakı. Trend:

ADA Universiteti Avropa İttifaqı məsələləri üzrə Bilik Mərkəzi, ABŞ Hərbi Dəniz Qüvvələrinin Ali Məktəbi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, NATO Enerji Təhlükəsizliyi Bilik Mərkəzi və “British Petroleum” ilə birgə Regional Enerji Təhlükəsizliyi Simpoziumu keçirib.

11-14 avqust, 2020-ci il tarixlərində ADA Universiteti ABŞ Hərbi Dəniz Qüvvələrinin Ali Məktəbi (“Naval Postgraduate School’’ - NPS), Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, NATO Enerji Təhlükəsizliyi Bilik Mərkəzi (ENSEC COE) və “British Petroleum’’ (BP) ilə birgə Azərbaycan, Gürcüstan və Türkiyədə enerji və beynəlxalq təhlükəsizlik sahəsində çalışan dövlət qulluqçuları və peşakarlar üçün Regional Enerji Təhlükəsizliyi Simpoziumu keçirmişdir. Mövcud pandemiya vəziyyəti nəzərə alınaraq, Simpozium ilk dəfə virtual formatda baş tutmuşdur.

Simpoziumun əsas məqsədi müvafiq sahədə çalışan peşəkarların enerji təhlükəsizliyinin geosiyasi və iqtisadi əhəmiyyəti, bu sahədəki müasir təhdidlər və təhlükələr, risk və ehtimallar, onların növləri və səbəbləri, təhlükələr ilə mübarizə yolları və onların aradan qaldırıması üçün atılacaq addımlar, habelə enerji təhlükəsizliyi sahəsində dövlət siyasətinin qurulmasının əsasları haqqında biliklərini təkmilləşdirmək və bu sahədə olan xarici təcrübəni öyrənməkdir.

“Artıq üçüncü ildir ki, ADA Universiteti və NATO Enerji Təhlükəsizliyi Bilik Mərkəzi ilə birgə enerji təhlükəsizliyi üzrə regional proqramı həyata keçirməkdən məmnunluq duyuruq. Bu il Simpoziumu virtual formatda icra etmək zərurəti yarandı və bu format bizə əvvəlki illər ilə müqayisədə regiondan, xüsusilə Türkiyə və Gürcüstandan daha çox iştirakçı cəlb etmək imkanı verdi. Ümid edirəm ki, növbəti il ABŞ, Azərbaycan, Türkiyə və Gürcüstanın, habelə NATO və Aİ-nın qarşılıqlı maraqlarını bölüşdüyü bu strateji əhəmiyyəti olan mövzunu müzakirə etmək üçün ənənəvi formatda toplaşa biləcəyik”, - deyə Simpoziumun təşkilatçılarından olan ABŞ Hərbi Dəniz Qüvvələrinin Ali Məktəbinin professoru Dr. Daniel Nussumbaum tədbirin bağlanışında bildirib.

Simpoziumda Azərbaycan, Gürcüstan və Türkiyədən enerji və təhlükəsizlik məsələləri üzrə məsul 40-a yaxın hökumət, qeyri-hökumət və biznes strukturlarının nümayəndələri iştirak etmişdir. Proqram dörd gün ərzində davam etmiş və proqram çərçivəsində SOCAR-in Vitse Prezidenti cənab Elşad Nəsirov, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Morninqstar, ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, ABŞ Hərbi Dəniz Qüvvələrinin Ali Məktəbinin professoru xanım Brenda Şaffer çıxış etmişlər. Çıxışlar və müzakirələr çərçivəsində Azərbaycan neft və qaz nəqli sistemlərinin önəmi və təhlükəsizliyi, regionda geosiyasi iqlim, dövlət-özəl tərəfdaşlığı və s. kimi mühim mövzular müzakirə olunmuşdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti