...

TN şöbə müdiri: Alt-üst həftələr təşkil etməklə şagird sıxlığı azaldılacaq

Cəmiyyət Materials 27 Avqust 2020 18:15 (UTC +04:00)
TN şöbə müdiri: Alt-üst həftələr təşkil etməklə şagird sıxlığı azaldılacaq

Bakı. Samir Əli -Trend:

Məktəblərdə kütləviliyin azaldılması üçün dərs cədvəlində də dəyişiklik ediləcək.

Trend-in məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Təhsil Nazirliyinin ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

Onun sözlərinə görə, alt-üst həftələr təşkil etməklə şagird sıxlığı azaldılacaq: "Sinifdə şagird sayları nəzarətdə saxlanılacaq. Həmçinin bəzi fənlər virtual dərslərlə tədris olunacaq. Bununla da məktəblərdə sıxlıq aradan qaldırılacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti