...

Baş nazir: Bir cox hallarda büdcə təşkilatlarında izafi xərclərə yol verilir

Cəmiyyət Materials 23 Sentyabr 2020 22:04 (UTC +04:00)
Baş nazir: Bir cox hallarda büdcə təşkilatlarında izafi xərclərə yol verilir

Trend-i buradan izləyin

Bakı. Trend:

Bir cox hallarda büdcə təşkilatlarında izafi xərclərə yol verilir, ştat vahidlərinin sayı artırılır, lazım olmayan alışlar həyata keçirlir, satınalmalarda qiymətlər olduğundan çox yüksək göstərilir.

Trend-ə verilən məlumata görə, bunu Baş Nazir Əli Əsədov bu gün Nazirlər Kabinetində büdcə məsələlərinin müzakirəsi ilə bağlı iclasda deyib.

Baş Nazir Əli Əsədov bildirib ki, pandemiya nəticəsində “qlobal məcmu tələbin azalması, dünya bazarlarında neftin qiymət volatilliyinin yüksəlməsi, həmçinin məhdudlaşdırıcı tədbirlərin tətbiqi bütün dünya ölkələrində olduğu kimi, Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməmişdir və nəticədə ölkəmizdə də iqtisadi fəallığın azalması müşahidə olunmuşdur”.

Baş Nazir xərclərin səmərəliliyi və qənaətin vacibliyini vurğulayaraq deyib ki, “büdcə təşkilatları tərəfindən cari xərclərdən səmərəli, düzgün istiqamətdə və qənaətcil istifadə olunmalıdır. Cünki, bir cox hallarda büdcə təşkilatlarında izafi xərclərə yol verilir, ştat vahidlərinin sayı artırılır, lazım olmayan alışlar həyata keçirlir, satınalmalarda qiymətlər olduğundan çox yüksək göstərilir. Həmçinin, büdcə alışlarında bir qayda olaraq idxala üstünlük verilir. Aidiyyəti orqanlar tərəfindən büdcə təşkilatlarında cari xərclərin effektiv istifadəsinə nəzarət daha da gücləndirilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti