...

Azərbaycanda 58 nəfər COVID-19-a yoluxdu, 102 nəfər sağaldı, 2 nəfər vəfat etdi

Cəmiyyət Materials 29 Sentyabr 2020 17:04 (UTC +04:00)
Azərbaycanda 58 nəfər COVID-19-a yoluxdu, 102 nəfər sağaldı, 2 nəfər vəfat etdi

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 58 yeni yoluxma faktı qeydə alınıb, 102 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 40 min 119 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 37 min 827 nəfər müalicə olunaraq sağalıb, 590 nəfər vəfat edib. Aktiv xəstə sayı 1702 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 110 min 279 test aparılıb. Bugünkü test sayı isə 5496-dır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti