...

Bakıda aşmış ağac ərazidən yığışdırılıb (FOTO)

Cəmiyyət Materials 18 Noyabr 2020 19:07 (UTC +04:00)
Bakıda aşmış ağac ərazidən yığışdırılıb (FOTO)

Bakı. Trend:

Bu gün sosial şəbəkələrdə Yasamal rayonu, Akim Abbasov kuçəsi 1 ünvanındakı binanın qarşısında ağacın burada park edilmiş “Lada Granta” markalı avtomobilin üzərinə düşməsi ilə bağlı məlumat yayılıb.

Trend-in məlumatına görə, məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən əraziyə baxış keçirilib, güclü yağış nəticəsində deformasiyaya uğramış ağac ərazidən yığışdırılıb və ərazi təmizlənib.

Sınmış ağacın yerinə yeni şam ağacı əkilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti