...

“ADA Tarix Yazır” layihəsi çərçivəsində onlayn mükafatlandırma keçirilib (FOTO)

Cəmiyyət Materials 24 Dekabr 2020 20:03 (UTC +04:00)
“ADA Tarix Yazır” layihəsi çərçivəsində onlayn mükafatlandırma keçirilib (FOTO)

Bakı. Trend:

24 dekabr 2020-ci il tarixində ADA Universitetinin təşəbbüsü olan “ADA Tarix Yazır” layihəsi çərçivəsində onlayn mükafatlandırma keçirilib.

ADA-dan Trend-ə bildirilib ki, tədbirdə Universitet miqyasında keçirilən layihənin noyabrın 5-də istifadəyə verilmiş bloqundakı ən yaxşı məzmunlar mükafatlandırılıb. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüz uğrunda xalqımızın birgə yazdığı mübarizə və həmrəylik tarixini əks etdirən bu məzmunlar həm yerli, həm də xarici iştirakçılar tərəfindən göndərilib.

Tədbir zamanı Qiymətləndirmə Komitəsinin üzvləri hekayə, müsahibə, mahnı, şeir, poster, rəqəmsal görüntü, bloq postu və “Arzum Qarabağ” kateqoriyaları üzrə ən yaxşı məzmunu göndərən 20 müəllifin adlarını elan ediblər.

ADA-nın professor-müəllim heyətindən 4 nəfər məzmun sahibi də "Rol Model Olan İcma Üzvü" nominasiya üzrə mükafata layiq görülüblər. Bundan əlavə, bloqda yayımlanan və ən çox bəyənilən postun müəllifi də təltif edilib.

"Ən Uğurlu Məzmun" nominasiyası üzrə 5 məzmun müəllifinə sertifikatını onlayn şəraitdə təqdim edən ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev layihədə iştirak edən hər kəsə təşəkkür edib.

"Layihənin müsbət tərəflərindən biri də ölkəmizdə baş verən müharibəni, bu dövrdə yaşadığımız çətinlikləri, bir sözlə, tarixi hadisələri qeydə almasıdır", - deyə bildirən Rektor Paşayev layihənin iştirakçıları müşahidələrini qələmə almağa həvəsləndirdiyini və onların yazı qabiliyyətini təkmilləşdirdiyini qeyd edib.

19 oktyabr-17 noyabr tarixlərində keçirilən layihə çərçivəsində həm Azərbaycan, həm ingilis dillərində ümumilikdə 198 məzmun göndərilib ki, onlardan 87-si bloqda yayımlanıb. Layihə çərçivəsində yerli və xarici ekspertlər tərəfindən iştirakçıların yazı bacarıqlarını inkişaf etdirmək üçün 10 seminar keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti