...

Koronavirusa qarşı peyvəndləşmədə lider ölkələr açıqlanıb

Cəmiyyət Materials 11 Yanvar 2021 04:43 (UTC +04:00)
Koronavirusa qarşı peyvəndləşmədə lider ölkələr açıqlanıb

Bakı. Trend:

Çin, ABŞ və İsrail koronavirusa qarşı aşılanan vətəndaş sayına görə lider ölkələr oldu.

Trend-in Lenta.ru-ya istinadən verdiyi məlumata görə, bu barədə "Bloomberg" agentliyi xəbər verib.

Bu günə qədər 41 ölkədə 24 milyondan çox koronavirusa qarşı peyvənd dozasının istifadə olunduğu bildirilir.

Eyni zamanda, statistik məlumatlarda aşılanmış insanların sayını deyil, ölkələrdə koronavirus peyvənd dozalarının istifadəyə paylanmasının nəzərə alındığı qeyd olunur.

Hazırda Çin artıq doqquz, ABŞ-da 7,725, İsraildə 1,692 milyon peyvənd istifadə üçün paylaşdırılıb. Siyahıd ilk beşliyi İngiltərə (1.489 milyon) və Birləşmiş Ərəb Əmirlikləri (1.02 milyon) tamamlayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti