...

Bu rayonlara qar yağıb - FAKTİKİ HAVA

Cəmiyyət Materials 19 Yanvar 2021 20:00 (UTC +04:00)
Bu rayonlara qar yağıb - FAKTİKİ HAVA

Bakı. İlhamə İsabalayeva - Trend:

Milli Hidrometeorologiya Xidmətinin yanvarın 19-u saat 19:00-a olan məlumatına əsasən Şərur, Şahbuz, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Oğuz, Qəbələ, Şəki, Mərəzə, Altıağac, İsmayıllı, Xaçmaz, Quba, Qusar, Xaltan, Qrız, Kişçay (Şəki), Ağstafa, Şamaxı, Xınalıq, Sarıbaş (Qax), Şabran, Şahdağda qar, Bakıda sulu qar yağıb.

Bu barədə Trend-ə xidmətdən məlumat verilib.

Qeyd edilib ki, Sumqayıt, Maştağa, Binə, Pirallahı, Tərtər, Yevlax, Göyçay, Kürdəmir, Sabirabad, Cəfərxan, Salyan, Qazıməmməd, Biləsuvar, Neftçala, Yardımlı, Lerik, Lənkəran, Astara, Ağsuda yağış müşahidə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti