...

Azərbaycanda həvəskar balıq ovuna heç bir məhdudiyyət yoxdur - ETSN

Cəmiyyət Materials 26 Yanvar 2021 16:50
Azərbaycanda həvəskar balıq ovuna heç bir məhdudiyyət yoxdur - ETSN

Trend-i buradan izləyin

Bakı. İlhamə İsabalayeva - Trend:

Daxili su hövzələri və Xəzər dənizində həvəskar balıq ovuna heç bir məhdudiyyət yoxdur. Həvəskar balıq ovu ilə mğşğul olanlar 5 kiloqrama qədər balıq ovlaya bilərlər.

Trend-in məlumatına görə, bunu ETSN Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev “Ekspert saatı”nda bildirib.

Onun sözlərinə görə, balıq ovu böyük həcmə olduqda, bununla bağlı məhdudiyyət tətbiq edilir.

F.Əliyev qeyd edib ki, ovla məşğul olmaq istətyənlər ilkin növbədə ovçuluq bileti əldə edilməlidir. Bunun üçün ASAN Xidmətə müraciət edilməlidir. Bundan sonra ov etmək istəyən yerli regional idarələr tərəfindən onlar lisenziya ilə təmin olunurlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti