...

Pandemiya dövründə Azərbaycana ölkə vətəndaşlarından başqa, kimlər səfər edə bilər?

Cəmiyyət Materials 4 Fevral 2021 16:31 (UTC +04:00)
Pandemiya dövründə Azərbaycana ölkə vətəndaşlarından başqa, kimlər səfər edə bilər?

Bakı. Ceyhun Ələkbərov - Trend:

Ölkədə uçuşların bəzi istiqamtlər üzrə bərpa olunması ilə əlaqədar kimlərin Azərbaycana səfər edə biləcəyi ilə bağlı suallar yaranır.

Trend-in məlumatına görə, Azərbaycan Hava Yolları (AZAL) bu barədə xüsusi siyahı hazırlayıb.

Məlumatda qeyd olunur ki, AZAL-ın xarici ölkələrdən Bakıya yerinə yetirdiyi xüsusi reyslərə Azərbaycan vətəndaşları ilə yanaşı, aşağıdakı şəxslər buraxılır:

- Azərbaycan Respublikasında akkreditə olan xarici diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri;

- Valideynlərdən biri, həyat yoldaşı və ya azyaşlı övladı Azərbaycan Respublikası vətəndaşı olan əcnəbilər;

- Azərbaycan Respublikasında işləmək icazəsi olan əcnəbilər;

- Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilər;

- Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələr.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti