...

Paytaxtda quraşdırılan sığınacaqlar haradadır? - ÜNVAN

Cəmiyyət Materials 24 Fevral 2021 15:50 (UTC +04:00)
Paytaxtda quraşdırılan sığınacaqlar haradadır? - ÜNVAN

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakı beş yerdə isinməyə ehtiyacı olan insanlar üçün çadırlar quraşdırılıb.

Bu barədə Trend-ə Bakı Şəhər İcra Hakimiyyətindən bildiriblər. Qeyd olunub ki, çadırlar qarlı hava şəraiti olan günlərdə açıq olacaq:

“Çadırlar Nərimanov rayonu - metronun çıxışı, Yasamal rayonu - İnşaaçılar metrosunun çıxışı, Binəqədi rayonu - Azadlıq metrosunun çıxışı, Sabunçu rayonu - Fətəliyev küçəsi, İmam Rza məscidinin yanında və Xəzər rayonu ərazisində quraşdırılıb”.

Bu işə Regional İnkişaf İctimai Birliyinin (RİİB) könüllüləri və icra hakimiyyətinin əməkdaşları nəzarət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti