...

Deputat “Vətən müharibəsi şəhidlərinin xatirərinə həsr edilmiş ağacəkmə aksiyası” təşkil edib (FOTO/VİDEO)

Cəmiyyət Materials 18 Mart 2021 12:23 (UTC +04:00)

Bakı. Trend:

Millət vəkili Könül Nurullayeva “Vətən müharibəsi şəhidlərinin xatirərinə həsr edilmiş ağacəkmə aksiyası” təşkil edib.

Millət vəkilinin Deputat Qərargahından Trend-ə verilən məlumata görə, K.Nurullayeva martın 17-də bayram ab-havasını, baharın gəlişini seçicilərilə birlikdə qeyd etmək, xüsusilə, zəfər ilə nəticələnən 44 günlük şanlı vətən savaşında canından keçmiş şəhidlərimizin xatirəsini yad etmək məqsədilə Nizami rayonu 220 saylı orta məktəb-liseyin həyətyanı sahəsində ağacəkmə aksiyası təşkil edib. Yaz ağac əkini çərçivəsində silsilə ağacəkmə və meşəbərpa tədbirlərinə töhvə verən aksiyada müəllim-şagird kollektivi, Nizami rayonu sakinləri və könüllülər də iştirak ediblər.

K.Nurullayeva həmçinin 220 saylı məktəb-liseylə də yaxından tanış olub, məktəbin direktoru Lətifə Əzizova və məktəb kollektivi ilə görüşüb.

“Baharın gəlişini sizlərlə birlikdə qarşılamaq çox xoş, qəhrəman şəhidlərimizin xatirəsini anmaq isə bir o qədər qürurverici idi” vurğulayan K. Nurullayeva aksiyada iştirak edən bütün könüllü vətəndaşlara minnətdarlığını bildirib. O, Novruz bayramı münasibətilə iştirakçıları bir daha ürəkdən təbrik edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti