...

Bakı Ali Neft Məktəbində Layihələrin İdarəedilməsi Məktəbinin yeni qrupuna qeydiyyat başlayır

Cəmiyyət Materials 29 Aprel 2021 11:40 (UTC +04:00)
Bakı Ali Neft Məktəbində Layihələrin İdarəedilməsi Məktəbinin yeni qrupuna qeydiyyat başlayır

Bakı. Trend:

Bakı Ali Neft Məktəbində Layihələrin İdarəedilməsi Məktəbinin (SPM) yeni qrupuna qeydiyyat başlayıb.

Bu proqram dünyanın ən məşhur və nüfuzlu universitetlərindən biri olan ABŞ-ın Şimali Karolina ştatının Dyuk Universiteti ilə birgə həyata keçiriləcək.

İlk dərs 21-23 may 2021-ci il tarixində baş tutacaq.

Məzunlar nə əldə edəcəklər?

- 7 Modul üzrə Dyuk Universiteti tərəfindən verilən beynəlxalq sertifikat

- İlk 3 modulu bitirdikdən sonra Dyuk Universiteti tərəfindən verilən beynəlxalq “Foundational Certificate in Project Management” sertifikatı

- Tam bitirdikdən sonra Dyuk Universiteti tərəfindən verilən beynəlxalq “Professional Certificate in Project Management” sertifikatı

- Kursu bütün modular üzrə bitirən məzunlar adlarının qarşısına PMP və ya PhD kimi DCPM yəni “Duke Certified Project Manager” initsiallarını əlavə edə biləcəklər.

Dəyişən dünyada tam müasir standartlar əsasında hazırlanmış proqram yeni biliklərlə yanaşı, mövcud bilikləri sistemləşdirməklə ingilis dili səviyyəsini də təkmilləşdirmək imkanı təqdim edir.

Yeni proqrama “Managing projects”, “Scheduling and cost control”, “Risk management”, “Agile&Lean”, “Project leadership”, “Management and communication”, “Contract management”, “Negotiations skills for project managers” və ya “PMP exam preparation” kimi modullar daxildir.

Əlaqə üçün: 050-843-30-62

[email protected]

Nərmin Əhmədova

Məqalədə:
Xəbər lenti

Xəbər lenti