...

6 mindən çox şəhid və qazi ailəsinə məşğulluq dəstəyi göstərilib

Cəmiyyət Materials 19 May 2021 16:00 (UTC +04:00)
6 mindən çox şəhid və qazi ailəsinə məşğulluq dəstəyi göstərilib

Bakı. Ceyhun Ələkbərov - Trend:

Postmüharibə dövründə icra olunan sosial dəstək paketi çərçivəsində şəhid ailəsi üzvləri, qazi və yaxınlarından ibarət 6 mindən çox şəxsin məşğulluğuna dəstək göstərilib.

Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildiriblər.

Qeyd edilib ki, onlardan 4666 şəxs özünüməşğulluq proqramı ilə əhatə olunub. Seçdikləri iqtisadi fəaliyyət növləri üzrə həmin şəxslərin kiçik ailə təsərrüfat və müəssisələrini qurmaları üçün proqram əsasında aktivlərlə təminatı işləri aparılır. Bu kateqoriyalardan olan 430 nəfərə münasib işlərə göndəriş verilib, 930 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti