...

Hansı çimərliklərdə suyun keyfiyyəti normaya uyğundur? - SİYAHI

Cəmiyyət Materials 9 İyun 2021 13:53 (UTC +04:00)
Hansı çimərliklərdə suyun keyfiyyəti normaya uyğundur? - SİYAHI

Bakı. Trend:

Bilgəh, Novxanı, Mərdəkan, Şüvəlan, Goradil, Zaqulba, Nardaran və Buzovna çimərliklərindəki dəniz suyunun keyfiyyət göstəriciləri norma daxilində müəyyən edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, çimərlik mövsümünün başlanması ilə əlaqədar Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən çimərlik ərazilərindəki dəniz suyundan nümunələr götürülüb, mikrobioloji və fiziki-kimyəvi təhlillər aparılıb.

İdarənin rəisi Nazim Mahmudov bildirib ki, aparılan birgə monitorinq və analizlərin nəticələrinə görə, Bilgəh, Novxanı, Mərdəkan, Şüvəlan, Goradil, Zaqulba, Nardaran və Buzovna çimərliklərindəki dəniz suyunun keyfiyyət göstəriciləri norma daxilində müəyyən edilib.

Onun sözlərinə görə, hazırda Xəzər dənizinin digər çimərlik ərazilərindəki dəniz suyundan götürülmüş nümunələr üzərində laborator təhlillər aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti