...

Yay məktəblərində iştirak edən məktəb və şagirdlərin sayı açıqlanıb

Cəmiyyət Materials 8 İyul 2021 16:19 (UTC +04:00)
Yay məktəblərində iştirak edən məktəb və şagirdlərin sayı açıqlanıb

Bakı. Elçin Mehdiyev – Trend:

Təhsil Nazirliyi tərəfindən ilk dəfə olaraq 2020-2021-ci tədris ilində ödənişsiz və könüllü əsaslarla təşkil edilmiş "Yay məktəbi" layihəsi artıq yekunlaşıb.

Trend-in məlumatına görə, təhsil naziri Emin Əmrullayev bildirib ki, pandemiya şəraiti ilə əlaqədar olaraq şagirdlərə bilik və bacarıqların mənimsənilməsində məsafədən təhsilin yaratdığı çətinliklərin həllinə dəstək göstərilməsi məqsədilə keçirilən “Yay məktəb”ləri ictimaiyyət tərəfindən də müsbət qarşılandı.

Onun sözlərinə görə, "Yay məktəbi"ndə ümumilikdə ölkə üzrə 3 136 məktəb, 274 742 nəfər şagird və 59 420 nəfər müəllim iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti