...

Rus bölməsi üzrə I siniflərə müəllim seçiminin vaxtı dəyişdirildi

Cəmiyyət Materials 17 İyul 2021 17:46 (UTC +04:00)
Rus bölməsi üzrə I siniflərə müəllim seçiminin vaxtı dəyişdirildi

Bakı. Elçin Mehdiyev – Trend:

Təhsil Nazirliyi övladlarının rus bölməsində təhsil almasını istəyən valideynlərə müraciət edib.

Trend-in məlumatına görə, Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinin rus bölməsi üzrə I siniflərinə müəllim seçiminin vaxtı dəyişdirilib.

Belə ki, 19 iyul 2021-ci il tarixi qeyri-iş gününə təsadüf etdiyinə görə, sözügedən I siniflər üzrə qəbul edilmiş uşaqlar üçün müəllim seçimini 26 iyul 2021-ci il tarixindən etmək mümkün olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti