...

“Azərpambıq ASK”-nin təşəbbüsü çərçivəsində Qurban bayramı münasibətilə xeyriyyə aksiyası keçirilib (FOTO)

Cəmiyyət Materials 21 İyul 2021 14:07 (UTC +04:00)
“Azərpambıq ASK”-nin təşəbbüsü çərçivəsində Qurban bayramı münasibətilə xeyriyyə aksiyası keçirilib (FOTO)

Bakı. Trend:

Valideyn himayəsindən məhrum olmuş və xüsusi qayğıya ehtiyacı olan uşaqlara kömək edilməsi, onların cəmiyyətə gərəkli bir vətəndaş kimi yetişdirilməsi və sosial problemlərinin həllinə dəstək göstərilməsi ölkə rəhbərliyinin ictimai-siyasi və dövlətçilik fəaliyyətində məxsusi yer tutur.

Trend xəbər verir ki, bu xeyirxah missiyanın davamı olaraq “Azərpambıq ASK” MMC-nin təşəbbüsü ilə müqəddəs Qurban bayramı münasibətilə “Uşaqlara qayğı və diqqət ənənəsi uğurla davam etdirilir“ devizi altında xeyriyyə aksiyası keçirilib.

Cəmiyyətin bir qrup əməkdaşı paytaxtın Xətai rayonunda yerləşən 3 saylı uşaq evinə baş çəkərək, müxtəlif şirniyyatlardan ibarət bayram sovqatları ilə uşaqları sevindiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti