...

Azərbaycanda böyük enerji mənbələri var, bu enerji Günəş batareyaları ilə toplana bilər - AMEA

Cəmiyyət Materials 26 İyul 2021 21:00 (UTC +04:00)
Azərbaycanda böyük enerji mənbələri var, bu enerji Günəş batareyaları ilə toplana bilər - AMEA

Bakı. Çingiz Səfərli - Trend:

Azərbaycanda alternativ və bərpaolunan enerji mənbələrindən istifadə üçün kifayət qədər potensial var.

Bunu Trend-ə açıqlamasında AMEA-nın Coğrafiya instutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev deyib.

O bildirib ki, ölkəmiz mülayim və subtropik qurşaqda yerləşir. Bu baxımdan, bizim əsas enerji mənbəyimiz Günəş olmalıdır: "Ərazimizin üçdəbiri yarımsəhra, quru çöl iqlimidir. Kür-Araz ovalığı, Samur-Dəvəçi ovalığının cənub hissəsi, Qobustan, Ceyrançöl, Qarabağın böyük bir hissəsində kifayət qədər enerji mənbəyi var və bu enerji Günəş batareyaları vasitəsilə toplana bilər. Həmçinin, bizdə küləkdən enerji alınması üçün də kifayət qədər imkan var. Abşeron yarımadası küləkli günlərin sayının çox olmasına görə seçilir. Paytaxtda enerji istehlakının çox olduğunu nəzərə alsaq, bu enerji növündən də faydalanmalıyıq. Lakin proses çox ləng gedir. Hesab edirəm ki, buna çox tez başlamalıydıq. Bu sahələr ölkənin əsas prioritet istiqamətlərindən olmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti