...

Operativ Qərargahdan ictimai nəqliyyatın həftəsonları işləməsi məsələsi ilə bağlı AÇIQLAMA

Cəmiyyət Materials 26 İyul 2021 15:33 (UTC +04:00)
Operativ Qərargahdan ictimai nəqliyyatın həftəsonları işləməsi məsələsi ilə bağlı AÇIQLAMA

Bakı. Elçin Mehdiyev – Trend:

İctimai nəqliyyatın şənbə və ya bazar günü işləməsi məsələsi hələlik müzakirə olunmur.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov jurnalistlərə deyib.

O qeyd edib ki, infeksiyanın tempinin artmasının bir çox səbəbləri var və ən böyük səbəblərdən biri insanların aktivliyidir: “Nəzər yetirsəniz, görərsiniz ki, şənbə və bazar günləri ictimai nəqliyyatın işləməməsi səbəbindən aktivlik aşağı düşür. Bunun hesabına biz yoluxmanın sürətinin qarşısını alırıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti