...

Xəzər dənizinə mənfi təsir edən amillər hansılardır? - AÇIQLAMA

Cəmiyyət Materials 31 Avqust 2021 15:44 (UTC +04:00)

Bakı. Çingiz Səfərli - Trend:

Xəzərin əsas su mənbəyi olan Volqada 6-8 faiz azalma olub.

Bunu Trend-ə açıqlamasında ekoloq Fikrət Cəfərov deyib.

O bildirib ki, bunun əsas səbəbi iqlim dəyişikliyi və temperaturun yüksək olmasıdır: "Xəzər dənizi ilə bağlı ciddi problemlər var. Birbaşa iqlim dəyişikliyinin təsiri altında qalan Xəzər dənizinin vəziyyəti get-gedə daha da pisləşir. Bu gün su balansı pozulub. Son hesablamalara görə, Xəzərdə suyun səviyyəsi 1,2-1,3 metr aşağı düşüb. Digər tərəfdən, bitkiçilikdə istifadə olunan mineral gübrələr, heyvan tullantıları da axırda dənizə gedib çıxır. Bunun nəticəsində də Xəzərin florası, onun heyvanat aləmi əziyyət çəkir. Sahilboyu balıqların və digər su heyvanların öldüyü müşahidə olunur.

Qeyd edim ki, hadisə təkcə Xəzərdə baş vermir. Keçən həftə İspaniyada tonlarla balıq ölmüşdü. Vəziyyəti düzəltmək üçün kənd təsərrüfatının düzgün idarə edilməsi, mineral gübrələrin, heyvan tullantılarının çaylara axıdılmasının qarşısı alınmalıdır. Maksimum şəkildə sudan səmərəli istifadə olunmalıdır. Biz şirin su ehtiyatlarımızı nə qədər yaxşı qoruyub-saxlasaq, Xəzərə bir o qədər kömək etmiş olarıq".

Twitter:@cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti