...

İri ticarət mərkəzlərinin fəaliyyətinə icazə varsa, yarmarkalar niyə açılmır? - AÇIQLAMA

Cəmiyyət Materials 9 Sentyabr 2021 12:11 (UTC +04:00)
İri ticarət mərkəzlərinin fəaliyyətinə icazə varsa, yarmarkalar niyə açılmır? - AÇIQLAMA

Bakı. Çingiz Səfərli - Trend:

Hər il tədris ili ərəfəsində paytaxtın bir sıra yerlərində məktəbli yarmarkaları təşkil olunurdu. Lakin bu il epidemioloji vəziyyətlə əlaqədar buna icazə verilmir. İri ticarət mərkəzlərinin fəaliyyətinə icazə verildiyi halda yarmarkaların açılması epidemioloji vəziyyətə nə dərəcədə böyük mənfi təsir göstərə bilər?

Məsələ ilə bağlı Trend-ə açıqlama verən həkim-infeksionist Vüqar Cavadzadə bildirib ki, hələ məktəblərin geniş tərkibdə açılmasına 20 gün var və bu müddət ərzində epidemioloji vəziyyət hər iki istiqamətdə dəyişə bilər:

"Məktəblər açılsa belə yoluxmaların sayında artım müşahidə edilsə, yəqin ki, distant təhsilə keçiləcək. Hesab edirəm ki, yarmarkaların hələ açılmamasının səbəbi də məhz bu məsələ ilə bağlıdır. Bir növ gözləmə mövqeyindədirlər ki, ola bilsin ayın 22-nə qədər artım müşahidə olunsun və ənənəvi tədris başlamasın. Bir az qeyri-müəyyənlik var. Hesab edirəm ki, yarmarkalar buna görə açılmır. İstənilən halda hər birimiz ənənəvi tədrisin tərəfdarıyıq. Pandemiya ən böyük ziyanı orta məktəb şagirdlərinə vurur. Çünki onlar tədrisdən kənar qalırlar".

Qeyd edək ki, sonuncu məktəb yarmarkaları 2019-cu ildə metronun “Nərimanov”, “Gənclik”, “Koroğlu”, “Qara Qarayev”, “Neftçilər”, “Xalqlar Dostluğu”, “Əhmədli”, “Azadlıq prospekti”, “Memar Əcəmi”, “İnşaatçılar”, “Elmlər Akademiyası”, “Nizami” stansiyalarının qarşısında, ümumilikdə 19 yerdə fəaliyyət göstərib.

Twitter:@cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti