...

I sinfə şagird qəbulu sabah yekunlaşır

Cəmiyyət Materials 14 Sentyabr 2021 17:20 (UTC +04:00)
I sinfə şagird qəbulu sabah yekunlaşır

Bakı. Elçin Mehdiyev - Trend:

Sentyabrın 15-də 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu prosesi başa çatır.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, birinci sinfə şagird qəbulu üzrə elektron portal (www.mektebeqebul.edu.az) sabah saat 18:00-da bağlanacaq.

Qeyd edək ki, aprelin 27-dən 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti