...

Azərbaycan Notariat Palatası Mətbuat xidməti üzrə mütəxəssis və məsləhətçi vəzifələrinə vakansiya elan edir

Cəmiyyət Materials 16 Sentyabr 2021 16:20 (UTC +04:00)
Azərbaycan Notariat Palatası Mətbuat xidməti üzrə mütəxəssis və məsləhətçi vəzifələrinə vakansiya elan edir

Bakı. Trend:

Azərbaycan Notariat Palatası notariat xidmətinin inkişafı və təkmilləşdirilməsi məqsədilə notariusların məcburi üzvlüyü əsasında yaradılan, fəaliyyətini özünüidarəetmə prinsipi üzrə həyata keçirən qeyri-kommersiya hüquqi şəxsidir. Palata Azərbaycan Respublikasında xüsusi qaydada fəaliyyət göstərən bütün notariusları özündə birləşdirir. Palatanın fəaliyyəti barədə Anchorwww.aznotary.az saytından ətraflı məlumat əldə edə bilərsiniz.

Əsas vəzifə öhdəlikləri:

  • Mətbuat xidmətinin işini təşkil etmək;
  • Press-relizlər, xəbərlər və məqalələr yazmaq;
  • PR kampaniyalarının keçirilməsi ilə əlaqədar KİV-in monitorinqinin nəticələri haqqında Palatanın rəhbərliyinə məlumat vermək;
  • Palata tərəfindən keçirilən tədbirlərin (mətbuat konfransları, təqdimatlar, xeyriyyə aksiyaları, təlimlər və s.) təşkilində iştirak etmək;
  • Palata daxili PR planını hazırlamaq və bu plan çərçivəsində tədbirlər həyata keçirmək;
  • Palatanın ictimaiyyətlə əlaqələrinin həyata keçirilməsi ilə bağlı müxtəlif təbliğat materiallarını hazırlamaq və aidiyyatı hədəf qrupları arasında yayılmasını təşkil etmək;
  • KİV ilə işgüzar əlaqələr aparmaq;
  • Palatanın və notariusların fəaliyyətinə dair mütəmadi olaraq Palatanın rəsmi web səhifəsində xəbərləri yerləşdirmək, yeniləmək, o cümlədən beynəlxaq aləmdə notariat sahəsi üzrə baş vermiş mühüm hadisələrə dair xəbərləri saytda yerləşdirmək.

İş şərtləri:

  • Əmək müqaviləsi bağlanılır
  • İş vaxtı: 09:00 - 18:00
  • İş günü: Bazar ertəsi- Cümə

Namizəd üçün tələblər:

  • Ali təhsil
  • Mətbuat xidməti sahəsində iş təcrübəsi
  • Ən azı bir xarici dil biliyi (ən azı iki xarici dil biliyi olan namizədlərə üstünlük veriləcəkdir)
  • Microsoft Office (Word, Excel, Power Point) proqramlarında sərbəst işləmək bacarığı

Şəxsi keyfiyyətlər:

  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
  • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı

Məlumatlandırıcı qeydlər:

  • CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
  • CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
  • İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Vakansiya ilə maraqlanan namizədlərdən CV lərini [email protected] -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Mətbuat xidməti ” qeyd etmələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti