...

Bakıda bu yollarda sıxlıq var - BNA

Cəmiyyət Materials 20 Sentyabr 2021 08:56 (UTC +04:00)
Bakıda bu yollarda sıxlıq var - BNA

Bakı. Samir Əli - Trend:

Bakı Nəqliyyat Agentliyi paytaxt yollarında vəziyyəti açıqlayıb.

Agentlikdən Trend-ə verilən məlumata görə, hazırda paytaxtın Alı Mustafayev küçəsi – 20 Yanvar dairəsindən Ziya Bünyadov prospekti istiqamətində, Ziya Bünyadov prospekti – Abdulvahab Salamzadə küçəsi tunelin içi və kənar yol hər iki istiqamətində sıxlıq müşahidə olunur.

Həmçinin, Bakı-Sumqayıt şossesi – şəhər istiqamətində Tbilisi prospekti – şəhər istiqamətində, Üzeyir Hacıbəyli küçəsi – Cavanşir körpüsündə və Koroğlu Rəhimov küçəsi – Həsən Əliyev küçəsi istiqamətində sıxlıq var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti