...

Ucar sakininə verilən kombayn niyə geri alınıb? - "Aqroservis" açıqladı

Cəmiyyət Materials 24 Sentyabr 2021 18:32 (UTC +04:00)
Ucar sakininə verilən kombayn niyə geri alınıb? - "Aqroservis" açıqladı

Bakı. Samir Əli - Trend:

Kənd Təsərrüfatı Nazirliyinin "Aqroservis" Açıq Səhmdar Cəmiyyəti Ucar rayon sakinindən kombaynın alınması ilə bağlı səsləndirilən iddialara münasibət bildirib.

Qurumdan Trend-ə verilən məlumata görə, Ucar rayonu Qulabənd kənd sakinləri Rəhimov Yasin Akif oğlu və Həmidov Elnur Maqsud oğlu tərəfindən şikayət məzmunlu lakin, reallığı əks etdirməyən yazı paylaşılıb:

"Reallıq isə bundan ibarətdir ki, şikayətçilərdən biri Ucar rayonu Qulabənd kənd sakini Həmidov Elnur Maqsud oğlunun verdiyi məlumata əsasən, saytlarda yazılanlardan ümumiyyətlə xəbərinin olmamasını və heç bir sayta şikayətlə müraciət etmədiyini bildirib.
Digər şikayətçi Ucar rayonu Qulabənd kənd sakini Rəhimov Yasin Akif oğlu isə cari ilin taxıl biçini mövsümündə taxılyığan kombaynın müqavilə əsasında onun müvəqqəti istifadəsinə verilməsi ilə əlaqədar “Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin Ucar Rayon Bölməsinə müraciət etmişdir. Müraciət nəzərə alınaraq 2021-ci ilin 26 may tarixində “Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin Ucar Rayon Bölməsi ilə Rəhimov Yasin Akif oğlu arasında qanunvericiliyin tələblərinə əməl edilməklə müqavilə bağlanıb. Müqavilənin şərtlərinə əsasən, texnikanı icarəyə götürən mexanizator taxıl biçini mövsümündə ilk öncə həmin rayonun arpa, sonra buğda sahələrini biçməlidir. Daha sonra taxıl biçini ilə bağlı “Aqroservis” ASC-nin verdiyi dislokasiya planına uyğun olaraq digər rayonlarda biçinə göndərilə bilər. Lakin Rəhimov Yasin Akif oğlu 19 iyun 2021-ci il tarixində onunla bağlanan müqavilənin şərtlərini və dislokasiya qaydalarını pozaraq, heç bir məlumat vermədən biçin aparılan ərazini və Ucar rayonunu tərk edərək, Oğuz rayonuna gedib. Həmin zaman Ucarda biçinin ən qızğın düvrünə təsadüf edirdi və kombaynlara xüsusi ehtiyac var idi. Rəhimov Yasin Akif oğlunun Ucar rayonundakı biçin sahələrini tərk etməsi biçinin ləngiməsinə, növbəliliyin pozulmasına, fermerlərin narazılığına və çox saylı şikayətlərə səbəb olmuşdur. Bu səbəblə əraziyə göndərilən Ucar rayon bölməsinin rəhbərinin, DAİM-in və texniki nəzarət sektorunun əməkdaşlarının yenidən Ucara getməsi ilə bağlı Rəhimov Yasin Akif oğluna etdikləri müraciətlərinə də əməl etməyib. Məsələ ilə əlaqədar kombaynın Rəhimov Yasin Akif oğlundan geri alınması ilə bağlı Oğuz rayon polisinə məlumat verilib.

Bütün bunları nəzərə alaraq, Rəhimov Yasin Akif oğlunun intizamsız davranışlar sərgiləməsi, müqavilə öhdəliklərinə məhəl qoymaması, fermerlərin mənafeyinə zidd hərəkətlər etməsi səbəbindən onunla əməkdaşlığın dayandırılması və “Aqroservis” ASC-dən bundan sonra ona texnika verilməməsi qərara alınıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti