...

Jen Mironosets Baş Katedral Kilsəsində şəhidlərimizin ruhuna dualar oxunub (FOTO)

Cəmiyyət Materials 27 Sentyabr 2021 11:28 (UTC +04:00)
Jen Mironosets Baş Katedral Kilsəsində şəhidlərimizin ruhuna dualar oxunub (FOTO)

Bakı. Trend:

Bu gün anım tədbirləri ilə əlaqədar Bakıda Jen Mironosets Baş Katedral Kilsəsində də Vətən müharibəsi şəhidləri anılır.

Trend xəbər verir ki, Anım Günü ilə bağlı təşkil olunan mərasimdə Rus Provaslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının nümayəndələri, vətəndaşlar iştirak ediblər.

Kilsədə 44 günlük Vətən müharibəsi şəhidlərinin ruhuna dualar oxunub, şamlar yandırılıb.

Qeyd edək ki, bu gün şəhidlərimiz Azərbaycanda fəaliyyət göstərən əksər dini məbədlərdə - məscidlərdə, kilsələrdə, sinaqoqlarda dərin ehtiramla yad olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti