Bakı. Çingiz Səfərli - Trend:
Vətən müharibəsi iştirakçısı Məhəmməd Dadaşov AMEA-nın Neft və Qaz İnstitutunda işə qəbul olunub.
Bu barədə Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasından məlumat verilib.
Məlumata görə, Məhəmməd Dadaşov Füzuli, Xocavənd və Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edib və 3 medalla təltif edilib.
Twitter: @cingizsafarli