...

Azərbaycanda əhalinin neçə faizinə ikinci doza vaksin vurulub?

Cəmiyyət Materials 7 Oktyabr 2021 16:49 (UTC +04:00)
Azərbaycanda əhalinin neçə faizinə ikinci doza vaksin vurulub?

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda doqquz ay ərzində artıq əhalinin 53,2 faizi ikinci doza vaksin alıb.

Trend-in məlumatına görə, bunu səhiyyə nazirinin müavini Viktor Qasımov Milli Məclisin Səhiyyə komitəsi tərəfindən ölkəmizdə koronavirus infeksiyası (COVID-19) ilə bağlı mövcud vəziyyət, vaksinasiya və görülən digər tədbirlərlə bağlı keçirilən dinləmələr zamanı səsləndirib.

Onun sözlərinə görə, Bakı şəhərində bu göstərici daha yüksəkdir - 66,2 faiz.

V.Qasımov bildirib ki, təkcə sentyabr ayı ərzində 1,7 milyon doza vaksin istifadə olunub və bu orta hesabla gündə 60 min peyvənd deməkdir.

Qeyd edək ki, Azərbaycanda 2021-ci il yanvarın 18-dən vaksinasiya prosesi başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti