...

Azərbaycan və Litva arasında məşğulluq sahəsində təcrübə mübadiləsi aparılıb (FOTO)

Cəmiyyət Materials 15 Oktyabr 2021 14:47 (UTC +04:00)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin nümayəndə heyəti Litva Respublikasında səfərdədir.

Dövlət Məşğulluq Agentliyi və Litva Respublikasının Sosial Təminat və Əmək Nazirliyi yanında Məşğulluq Xidməti arasında imzalanan “Fəaliyyət Planı”na əsasən baş tutan səfər çərçivəsində nümayəndə heyəti Məşğulluq Xidmətinin Vilnüs şəhərində fəaliyyət göstərən nümayəndəliyində olub, iki ölkə arasında məşğulluq sahəsində təcrübə mübadiləsi aparılıb.

Keçirilən görüşlərdə Litva nümayəndələrinə Dövlət Məşğulluq Agentliyinin həyata keçirdiyi aktiv məşğulluq tədbirləri, rəqəmsal məşğulluq istiqamətində aparılan islahatlar barədə məlumat verilib, əmək bazarının mövcud vəziyyəti ilə bağlı qarşılıqlı təhlillərə baxılıb və Litva Məşğulluq Xidmətinin aktiv məşğulluq tədbirləri öyrənilib.

Səfər çərçivəsində həmçinin Litva Məşğulluq Mərkəzinin 3 regional ərazi bölməsində və Vilnüs, Tauraqe, Klaypeda və Şyaulyay şəhərlərindəki məşğulluq xidmət şöbələri və işəgötürənlərlə görüşlər də keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti