...

Əlillərin cəmiyyətə inteqrasiyasının qarşısını alan maneələr aradan qaldırılmalıdır - Ombudsman Aparatı (FOTO)

Cəmiyyət Materials 4 Dekabr 2021 13:30 (UTC +04:00)

Bakı. Trend:

Ombudsmanın Gəncə, Quba, Şəki və Cəlilabad regional mərkəzləri 3 Dekabr- Beynəlxalq Əlilliyi Olan Şəxslər Gününə həsr edilmiş hüquqi maarifləndirici tədbirlər təşkil ediblər.

Müxtəlif qurumların nümayəndələrinin, əlilliyi olan şəxslərin iştirakı ilə keçirilən həmin tədbirlər zamanı Beynəlxalq Əlilliyi olan Şəxslər Gününün BMT Baş Məclisinin 1992-ci il 14 oktyabr tarixli qətnaməsi əsasında təsis edildiyi və beynəlxalq səviyyədə qeyd edildiyi bildirilib. Həmçinin iştirakçılar əlilliyi olan şəxslərin hüquqlarının bəyan və təşviq edildiyi bir sıra normativ hüquqi sənədlər, habelə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” BMT Konvensiyasının, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun müddəaları barədə məlumatlandırılıb. Qeyd edilib ki, indi dünya əhalisinin təxminən 10 faizini əlilliyi olan insanlar təşkil edir və onların 20 faizi inkişaf etməkdə olan ölkələrdə yaşayır.

Tədbirlər zamanı Ombudsmanın əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı məsələləri daim diqqət mərkəzində saxladığı və səlahiyyətləri çərçivəsində onların problemlərinin həlli, cəmiyyətə inteqrasiyası istiqamətində müxtəlif tədbirlər həyata keçirdiyi, həmçinin aidiyyəti dövlət qurumları qarşısında bir sıra təkliflər irəli sürüldüyü və icrası istiqamətində tədbirlərin görüldüyü diqqətə çatdırılıb.

Tədbirlərdə o da vurğulanıb ki, ilk növbədə əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasının qarşısını alan fiziki maneələr aradan qaldırılmalı, onlara digər insanlar kimi təhsil, məşğulluq, səhiyyə, informasiya-kommunikasiya və s. xidmətlərdən bərabər imkanlar əsasında istifadə edə bilmələri üçün zəruri olan bütün şərait yaradılmalı, tibbi, peşə-əmək və sosial reabilitasiya tədbirləri genişləndirilməlidir.

Yekunda tədbir iştirakçılarının sualları cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti