...

Azərbaycanda koronavirusunun genetik variantlarının aşkar edilməsi üçün nəzarət gücləndirilib

Cəmiyyət Materials 31 Yanvar 2022 11:43 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanda koronavirusunun genetik variantlarının aşkar edilməsi üçün nəzarət gücləndirilib

Trend xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorunun müavini Afaq Əliyeva deyib.

Onun sözlərinə görə, “Omicron” ştamının yoluxduruculuğu bir neçə dəfə yüksək olduğu üçün infeksiya dünya ölkələri arasında daha geniş yayılması müşahidə olunur. Son məlumatlara görə, hazırda dünyanın 110-dan çox ölkəsində koronavirus infeksiyasının "omicron" ştamı müəyyən edilib. Bununla əlaqədar olaraq, ölkədə koronavirusunun genetik variantlarının aşkar edilməsi üçün nəzarət gücləndirilib.

"Aparılan elmi tədqiqatların nəticələri bir daha göstərir ki, virusun yeni və sürətlə yayılan təhlükəli variantlarının yarada biləcəyi ağırlaşma hallarından qorunmağın ən effektiv yolu vaksinasiyadır. Ötən ilin yanvarın 18-dən etibarən Azərbaycanda peyvəndləmə həyata keçirilir və bugünədək uğurla davam etdirilir. Əhalinin vaksinasiyada aktiv iştirakı nəticəsində ölkədəki epidemioloji vəziyyətin sabit qalmasına nail olunub", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti