...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 10 Fevral 2022 18:34 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 43 027 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 145, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 039, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 37 843 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 12 349 272, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 258 618, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 758 803, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 2 331 851 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti