...

İki ayda Bakıda avtobuslarla 80 milyondan artıq səfər sayı qeydə alınıb (VİDEO)

Cəmiyyət Materials 9 Mart 2022 11:10 (UTC +04:00)
İki ayda Bakıda avtobuslarla 80 milyondan artıq səfər sayı qeydə alınıb (VİDEO)

Bakı. Samir Əli - Trend:

Son iki ayda 94 nəfər sürücü Bakı Nəqliyyat Agentliyinin Sürücü Təlim Mərkəzində təlimlərə cəlb edilib.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, 2022-ci ilin ilk iki ay Bakı şəhərində müntəzəm sərnişindaşımalar üzrə göstərilən xidmətinin artırılması baxımından əhəmiyyətli olub.

Ötən dövrdə özəl daşıyıcı şirkətlər tərəfindən paytaxta ümumilikdə 62 ədəd yeni müasir sərnişindaşıma tələblərinə cavab verən avtobuslar gətirilib. Bunun sayəsində 4 müntəzəm marşrut xətti üzrə (49,119,135 və 199) sərnişindaşımaları yaxşılaşdırılıb. Sərnişin tələbatı nəzərə alınmaqla 10 marşrut xətti üzrə hərəkət sxemi optimallaşdırılıb. Nəticədə həmin xətlər üzrə gündəlik sərnişin səfər sayında 3500-ə yaxın artım müşahidə edilməkdədir. Yeni avtobusların alınması ilə yanaşı 200 ədəd nəqliyyat vasitəsinə xidmət göstərmək imkanına malik istehsalat bazası istifadəyə verilib. Sərnişindaşımalarda təhlükəsizliyin təmin olunması baxımından vacib amil hesab edilən sürücülərin peşəkarlıq səviyyəsinin artırılması məsələsi də diqqətdə saxlanılıb. Son iki ayda 94 nəfər sürücü Bakı Nəqliyyat Agentliyinin Sürücü Təlim Mərkəzində təlimlərə cəlb edilib. Təlimi uğurla başa vuran sürücülərin hamısı “BakuBus” MMC-də işlə təmin edilib. Yanvar-fevral aylarında müntəzəm marşrut xətləri üzrə ümumilikdə 80.7 milyon sərnişin səfər sayı qeydə alınıb.

Yol hərəkətinin təşkili və nəqliyyat infrastrukturu ilə bağlı görülən işlərə gəlincə cari ilin ötən iki ayında 2 küçə və prospektdə yol şəraiti yaxşılaşdırılıb və təhlükəsizlik səviyyəsi artırılıb. Küçə və prospektlərdə 85 yeni eynisəviyyəli piyada keçidi təşkil edilib və 406 piyada keçidinin boyaları yenilənib. Bunlardan 6-da “sarı döyünən işıq” tətbiq edilib. 11 məntəqədə isə mövcud svetoforlara piyada seksiyaları quraşdılıb. 1200-ə yaxın yol nişanı quraşdırılıb. 27 məntəqədə ümumilikdə 270-dən artıq avtomobil üçün parklanma yerləri yaradılıb. Vətəndaş müraciətləri və təhlillər əsasında zəruri olan 51 ünvanda avtobus dayanacaq məntəqəsi təşkil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti