...

Üç universitetdə monitorinq keçirilib

Cəmiyyət Materials 1 Aprel 2022 13:27 (UTC +04:00)
Üç universitetdə monitorinq keçirilib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Təhsildə Keyfiyyət Təminatı Agentliyi 2022-ci ilin fəaliyyət planına uyğun olaraq, ali təhsil müəssisələrində (ATM) ötən akkreditasiya qiymətləndirilməsi nəticəsində Akkreditasiya Komissiyası tərəfindən verilmiş tövsiyələrin icrasının monitorinqlərinə start verib.

Agentlikdən Trend-ə verilən məlumata görə, mart ayı üzrə Bakı Avrasiya Universiteti, Bakı Qızlar Universiteti və Bakı Slavyan Universitetində monitorinqlər baş tutub. Sözügedən monitorinqlər çərçivəsində Agentliyin Keyfiyyət təminatı departamentinin Akkreditasiya və lisenziya şöbəsi tərəfindən prorektorlar, universitetin müvafiq struktur bölmələrinin rəhbərləri, eləcə də dekan və kafedra müdirləri ilə müsahibələr aparılıb.

TKTA tərəfindən Universitetin təqdim etdiyi ilkin hesabata uyğun olaraq müsahibələrin aparılması və sənədlərin verifikasiyası nəticəsində ATM-in akkreditasiyadan sonrakı dövr ərzində verilmiş tövsiyələrin icra olunması ilə bağlı təhlillər aparılaraq yekun hesabat hazırlanacaqdır.

Qeyd edək ki, 2022-ci ilin sonunadək silsilə olaraq 15 ATM-də monitorinqlərin aparılması nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti