Bakı. Trend:
Bakının mərkəzində partlayışın baş verdiyi əraziyə Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini Elçin Məmmədov gəlib.
Bu barədə Trend-in hadisə yerində olan müxbiri xəbər verir.
Qeyd edək ki, 3 aprel 2022-ci il tarixdə saat 03:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən "LocationBaku" gecə klubunda partlayış baş verib. Hadisə yerinə polis və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.
Partlayış baş verən əraziyə Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev gəlib.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə yerində 35 Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadası işləyir. Təcili yardım briqadalarından verilən məlumata görə saat 04:20 üçün 24 nəfər (13 kişi, 11 qadın) hospitalizasiya edilib.