...

İndiyə qədər şəhid ailələri və müharibə əlillərinə verilən evlərin sayı açıqlanıb

Cəmiyyət Materials 11 Aprel 2022 11:16 (UTC +04:00)
İndiyə qədər şəhid ailələri və müharibə əlillərinə verilən evlərin sayı açıqlanıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Şəhid ailələri və müharibə əlillərinə ümumilikdə ötən dövrdə 12500-dən çox mənzil və ya fərdi ev verilib.

Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev bu gün keçirilən brifinqdə deyib.

O qeyd edib ki, şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı proqramı 2021-ci ildə 5 dəfə genişlənib.

“Keçən il onlara 3 min mənzil, ümumilikdə ötən dövrdə 12500-dən çox mənzil və ya fərdi ev verilib. Bundan başqa son 4 ildə 1450-dək, ümumilikdə ötən dövrdə 7400 müharibə əlili minik avtomobili ilə təmin edilib”, - deyə nazir müavini bildirib.

A.Əliyevin sözlərinə görə, şəhid ailələri və müharibə əlillərinə yönələn sosial ödənişlərin də son 4 ildə ardıcıl şəkildə artırılması təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti