...

Sabah 23 dərəcəyədək isti olacaq

Cəmiyyət Materials 14 Aprel 2022 12:53 (UTC +04:00)
Sabah 23 dərəcəyədək isti olacaq
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda və Abşeron yarımadasında aprelin 15-də hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.

Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 8-10° isti, gündüz 15-18° isti olacaq. Bakıda gecə 8-10° isti, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 6-10° isti, gündüz 18-23° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti