...

AQTA sədri Qoşqar Təhməzli sahibkarları təbrik edib

Cəmiyyət Materials 25 Aprel 2022 16:27 (UTC +04:00)
AQTA sədri Qoşqar Təhməzli sahibkarları təbrik edib

Bakı. Trend:

Hörmətli sahibkarlar, dəyərli dostlar!

Sizi Sahibkarlar Günü münasibətilə ürəkdən təbrik edir, ölkəmizin inkişafı və xalqımızın rifahı naminə yeni-yeni uğurlar arzulayırıq. Bu gün ölkəmizdə qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektləri özəl sektorun aparıcı qüvvələrindən biridir. İnanırıq ki, birgə səylərimiz dövlət başçısının müəyyən etdiyi strateji xəttin reallaşmasına, Azərbaycanda qida təhlükəsizliyi sisteminin qurulması ilə vətəndaşlarımızın sağlamlığının qorunmasına, qida sahəsində məhsuldarlığın və ixrac potensialının artmasına əhəmiyyətli töhfə verəcəkdir.

Hörmətlə,
AQTA sədri Qoşqar Təhməzli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti