Şuşada keçirilən Beynəlxalq Kulinariya Festivalı dünya xalqlarının mətbəxlərinin bolluğu və Azərbaycan yeməklərinin unikallığı ilə heyran edir - qvatemalalı ekspert (FOTO)

Cəmiyyət Xəbər 8 May 2022 16:46 (UTC +04:00)
Şuşada keçirilən Beynəlxalq Kulinariya Festivalı dünya xalqlarının mətbəxlərinin bolluğu və Azərbaycan yeməklərinin unikallığı ilə heyran edir - qvatemalalı ekspert (FOTO)
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Şuşa. Trend:

Şuşada keçirilən I Beynəlxalq Kulinariya Festivalı dünya xalqlarının mətbəxlərinin bolluğu və Azərbaycan yeməklərinin unikallığı ilə heyran edir.

Bunu Trend-ə tanınmış qvatemalalı kulinar, beynəlxalq ekspert, beynəlxalq dərəcəli ustad Joze Luis Eskalante deyib.

"Burada hər şey sadəcə heyrətamiz və fantastikdir! Əyləncəli tədbirlər və teatrlaşdırılmış interaktiv tamaşalar, dünya xalqlarından zəngin yeməklər, iştirakçıların və qonaqların həmrəyliyi və mehribanlığı - bütün bunlar ən unudulmaz və emosional təəssüratlar yaradır. Şuşa öz təbiəti və gözəlliyi ilə göz qamaşdırır və bu şəhər bildiyimə görə Azərbaycanın qəlbi və mədəniyyət paytaxtıdır, bu da öz növbəsində insanların sevincli simalarında öz əksini tapır. Möhtəşəm kulinariya və mədəniyyət bayramı ən parlaq rəngləri ilə yaddaşımda əbədi olaraq qalacaq", - deyə ekspert bildirib.

Qeyd edək ki, Şuşada Heydər Əliyev Fondu və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə birinci Beynəlxalq Kulinariya Festivalı keçirilir.

Mayın 5-dən 8-dək keçiriləcək festivalda Türkiyə, Rusiya, Almaniya, Avstriya, Çin, Fransa, Gürcüstan, İran, İsrail, İtaliya, Malayziya, Yaponiya, Belçika, Çexiya, Kanada, Cənubi Koreya, Qazaxıstan, Özbəkistan və digər ölkələrdən kulinarlar, beynəlxalq ekspertlər, qida sahəsinin nümayəndələri və blogerlər iştirak edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti